
Dollara limit: Pul dəyişərkən məlumatlar sistemə işlənəcək
10:19 28.12.2023
İqtisadiyyat
1824
Azərbaycanda fiziki şəxslər üçün gündəlik valyuta dəyişmə məbləği üçün limit və şərtlər müəyyən edilib.
Bu Azərbaycan mərkəzi Bankının idarə heyətinin təsdiqlədiyi «Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası»ndə nəzərdə tutulur. Qaydalara əsasən bir müştəriyə 500 dollardan artıq məbləğdə valyuta satılması, eləcə də bir müştəridən 10 000 dollardan artıq vəsaitin alınması zamanı müştərinin şəxsiyyətini təsdiqləyən sənəd tələb olunacaq.
Eyni zamanda qaydaya görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 manat və ona ekvivalent məbləğdən (ABŞ dolları ilə indiki məzənnə ilə təqribən 12000 dollar ) artıq olmamalıdır.
Qaydaya əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
Məsələnin detalları barədə “Sherg.az”a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dollara limit qoymaq məsələsinin 2016-cı ildən tətbiqinə başlanılıb:
“Lakin bir müddət sonra qərar ləğv olundu. 2020-ci il pandemiya zamanı valyuta bazarında yaranan gərginliklə bağlı yenidən tətbiq olunmağa başlanıldı. Artıq bu qayda yazılı şəkildə öz təsdiqini tapdı. Dollara qoyulan limit dedikdə, 500 dollara qədər vəsait dəyişən zaman vətəndaşlardan şəxsiyyət vəsiqəsinin üzərində olması tələb olunmayacaq. 500 dollar və daha yuxarı məbləğ üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq”.

X.Kərimli həmçinin valyuta dəyişmə məntəqəsində gündəlik 20000 manata qədər limit mövcud olduğunu söyləyib:
“Vətəndaş bir il ərzində maksimum 20000 manata qədər pulu hissə- hissə şəxsiyyət vəsiqəsi tələb olunmadan dəyişə bilər. Amma 20000 manatı keçdikdən sonra artıq müəyyən məlumatlar tələb olunacaqdır. Məsələn bu qədər pulun harada qazanılması, gəlirin vergisinin ödənilməsi, daşınmaz əmlak satılıbsa əmlakın satılma müqaviləsinin göstərilməsi, depozit gəliridirsə müqavilənin göstərilməsi kimi proseslərlə üzləşiləcəkdir. Yəni pulun qanuni üsulla əldə olunduğunu sübuta yetirmək lazımdır. Digər bir nüans 500 dollara qədər şəxsiyyət vəsiqəniz üzərinizdə olmasada şəxsiyyət vəsiqənin identfikasiyası tələb olunacaq. Qaydanın mahiyyətinə baxdıqda görülür ki, 1dollar belə dəyişmək istəsəniz sizdən müəyyən məlumatlar alınacaq və sistemə işləniləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya