Vaşinqton-Bakı gərginliyi yumşalır -Şərh
Yusif Nəzərli
03:00 20.02.2024
Aktual
301
Blinken həmişə Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlıdır
Münhendə Prezident İlham Əliyevlə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinkenin görüşü də reallaşıb. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlət başçısı İlham Əliyev öz növbəsində vurğulayıb ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. ABŞ Dövlət katibi COP-29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. COP çərçivəsində ABŞ-nin də Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, COP-29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, cənab İlham Əliyevlə ABŞ dövlət katibi A.Blinkenin görüşü, COP-29 daxil olmaqla, Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə müzakirələr Vaşinqton-Bakı arasında gərginliyin yumşaldılmasına xidmət edir. Ekspert vurğulayıb ki, ümumiyyətlə, A.Blinken həmişə Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlıdır:
"Blinken ikili əlaqələrin normallaşması istiqamətində xeyli iş görüb, müəyyən səylər göstərib. Xüsusən, Bakı-İrəvan sülh danışıqlarında Blinkenin şəxsi təşəbbüsləri də var. Bu baxımdan Blinkenlə dövlət başçısı İlham Əliyevin görüşü və müzakirələri aradakı soyuqluğa da aydınlıq gətirəcək. İkili əlaqələrdə pozitiv məqamların formalaşmasına gətirib çıxaracaq. Prezidentimiz Ukrayna başçısı V.Zelenski ilə də görüşüb. Bu da Vaşinqtonun Azərbaycana rəğbətinin artmasına səbəb olub. Rəsmi Bakının siyasəti bölgədə sülhə və təhlükəsizliyə töhfə verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət