
Elxan Şahinoğlu: Pekin Tehrana təsir etmək fikrində deyil
Yusif Nəzərli
04:05 20.02.2024
Dünya
334
Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır
Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə husilərin obyektlərinə iki yeni zərbə endirib. Bildirilib ki, Əl-Hodeyda əyalətindəki Əl-Cabban ərazisi və Ras İsa limanı hücuma məruz qalıb. Vaşinqton və London hesab edir ki, bu zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəklər. Ancaq görünən odur ki, ABŞ və Böyük Britanıyanın Yəməndə husilərin mövqelərinə zərbələri nəticəsiz qalır, çünki husilər də öz hücumlarını durdurmurlar. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Münhen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ilə görüşdə Pekinin Tehrana təsir etməsini istəyib. Yəni Pekin Tehrana, İran hakimiyyəti isə husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gərmilərinə hücumlar dayandırılsın.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, təkliflərə baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil. Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır:

"Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə qarşı hərbi hücumlara icazə vermədiyini xatırladıblar. Vaşinqtonun və Londonun mövqeyi dəyişməzdir. Husilərin durdurulması üçün bütün imkanlardan istifadə olunmalıdır. Vaşinqton və London Moskva və Pekinin istədiyi kimi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəmir. Çünki Rusiya və Çin Təhlükəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaqlar. ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təchiz etdiyini bildiriblər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirir. Buna görə Vaşinqton hesab edir ki, husiləri durdurmağın yollarından biri Tehrana təsir göstərməkdir. Tehranın husilərə təsir etmək fikri isə yoxdur. Halbuki Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkənin ticarət gəmisi Qırmızı dəniz və Süveyş kanalından istifadə etmək istəmir. Bu da həmin gəmilərin daha uzun məsafə seçməsi ilə nəticələnir. Nəticədə yanacağın və ərzaq məhsullarının qiymət artımına səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət