Gəncədə əməliyyat: Yarım milyonluq narkotik ələ keçirildi
Yusif Nəzərli
05:22 05.03.2024
Hadisə
422
Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Baş İdarərinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitənin ölkə ərazisində çatdırılmasını təmin etmək istəyən Samux rayon sakini Elşən Xəlilov saxlanılıb.
Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki çantadan qara bazarda qiyməti 500 000 manata yaxın olan 14 kq 926 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Yaşar Abbasovun əlindəki çantadan 18 kq 400 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı şübhəli şəxs narkotik vasitənin ona aid olmasını bir müddət əvvəl gizlətdiyi yerdən götürüb Gəncə şəhərinə gətirən zaman saxlanılmasını etiraf edib.
Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb.
Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.
Həmin şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya