COP29 Azərbaycan Sədrliyinin Könüllülük Proqramı bu gündən fəaliyyətə başlayır
COP29 Azərbaycan Sədrliyinin Könüllülük Proqramı bu gündən fəaliyyətə başlayır
08:21 29.05.2024
Aktual
417
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib.
APA xəbər verir ki, ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaq. Belə ki, konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması gözlənilir.
Könüllülük proqramı çərçivəsində COP29-a öz töhfəsini vermək, eləcə də təcrübə, işgüzar vərdiş və fərdi inkişafa yiyələnmək niyyətində olan könüllülərin layihəyə rahat və koordinasiyalı şəkildə qoşulmaları üçün www.volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilib.
Platformada qeydiyyatdan keçərək “onlayn” anket formasını dolduran şəxslər potensial könüllü qrupuna daxil olurlar. Daha sonra bütün elektron anketlər müraciət edən şəxsin ən az 16 yaşında olması, habelə bilik və bacarıqlar, motivasiya, xarici dil biliyi və digər bu kimi müxtəlif meyarlar, eləcə də COP29-un məqsəd və dəyərlərinə uyğunluq üzrə nəzərdən keçiriləcək, müvafiq namizədlər müsahibəyə, sonra isə təlimlərə dəvət ediləcəklər. Yekun mərhələni uğurla tamamlayan namizədlər COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən media, qonaqlama xidmətləri, nəqliyyat, loqistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar. Qeydiyyat prosesini asanlaşdırmaq məqsədilə yarana biləcək suallarla bağlı müraciət etmək üçün çağrı mərkəzi (+994 12 5352928) də könüllülərin xidmətindədir.
COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya gələn gənclərdən ibarət komanda formalaşdırılacaq.
Qeyd olunan məqsədlərə çatmaq üçün könüllülərin COP29 tədbirinə yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə onlara peşəkar inkişaf, ətraf mühit və dayanıqlılıq kimi mövzuları əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər könüllülərin İqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmaları və səriştələrinin artırılmasına xidmət edəcək. Bu baxımdan, COP29 Könüllülük proqramı ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər, hazırda COP29-un peşəkar komandasının üzvləridir.
Könüllülərin müasir tələblərə cavab verən fərqli sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsində COP29 Könüllülük proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində komanda ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya