Biləsuvarda 10 nəfər salatdan zəhərlənib

Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinlərinin qida zəhərlənməsinə məruz qaldığı bildirilir.

Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.

İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.

Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.