Həkimlər ağcaqanad dişləməsin deyə "toka taxılan" və ya tüstülənən dərmanlardan istifadəni məsləhət görmür
Yay aylarında ağcaqanad dərdi - TÖVSİYƏ
Yusif Nəzərli
13:20 07.07.2024
Cəmiyyət
1095
Bizi həm də ağcaqanadlar öldürür
Həkimlər ağcaqanad dişləməsin deyə "toka taxılan" və ya tüstülənən dərmanlardan istifadəni məsləhət görmür
Yay aylarında ağcaqanadlar hər kəs üçün problem ola bilər. Ağcaqanadlarla mübarizə xüsusən də açıq havada olduğunuz zaman düşündüyünüzdən qat-qat çətindir.
Ağcaqanadlar və onların yaydıqları xəstəliklər tarixdəki bütün müharibələrin cəmindən daha çox insanı öldürüb. Onlar insanlarda ciddi xəstəliklərə səbəb ola bilən patogenləri (məsələn, malyariya, Zika virusu) daşımaq qabiliyyətinə görə sağlamlıq riski yaradırlar. Bu səbəbdən bədəni ağcaqanadlardan qorumaq lazımdır.
Araşdırmalara görə, müəyyən qidaları müntəzəm qəbul edən insanları ağcaqanad sancmır.
Bu qidalar arasında C vitamini mənbəsi olan sitrus meyvələri, çiyələk, kivi, bolqar bibəri və s. yer alır.
O cümlədən çoxlu su, tərkibində sink olan qidalar, yağsız ət, quş əti, paxlalılar, çərəzlər, toxumlar və Omega-3 yağ turşusu ehtiva edən qidalardır.
Antioksidantlarla zəngin qidaları, çiyələk, üzüm, ispanaq, kələm, brokoli, sarımsaq və sarıkök yeyənləri də ağcaqanad sancmır.
Bu siyahıda D vitamini mənbələri: yağlı balıq, zənginləşdirilmiş süd məhsulları və yumurta sarısı, bəzi göbələk növləri və B vitamini qaynağı olan qidalar: bütöv taxıllar, yaşıl yarpaqlı göyərtilər, lobya, ətin də adı var.
Allerqoloq-immunoloq Elvina Davlyatovanın araşdırmasına görə, bir insanın ağcaqanad üçün cəlbediciliyi dərisində yaşayan mikroblardan asılıdır. O əlavə edib ki, ağcaqanadların hücumu riskini azaltmaq üçün açıq rəngli paltar geyinmək lazımdır. Əlini yelləyib onları qaçırmağa çalışmayın. Çünki vibrasiya və hərəkətlər böcəklər üçün yaxınlıqda yırtıcı olduğuna dair bir siqnaldır.
Mövzu ilə bağlı “Sherg.az"a danışan pediatr Aytən İsmayılova isə ağcaqanad dişləməsin deyə "toka taxılan" və ya tüstülənən dərmanlardan istifadəni məsləhət görmür. Həkim deyib ki, bu vasitələr uşaq orqanizmi və hamilələr üçün zərərlidir:
“Ağcaqanad uşağa yaxın gəlməsin deyə lavanda və kamfora yağlarından uşağın yastığına, paltarına vurmaq olar. Ağcaqanad dişlədikdə isə soyuq suda islanmış dəsmalla və ya buz paketi ilə silmək, qatıq yaxmaq qaşıntıları azaltmağa kömək edir. Lakin ağcaqanad dişləməsindən qorunmaq, onun qarşısını almaqdan daha yaxşıdır.
Ağcaqanadların dişləməsilə bəzi xəstəliklər keçir: - Malyariya, Denqe qızdırması, Sarı qızdırma, Yapon ensefaliti.
Amma hepatitlər və Qiçs virusu keçmir, çünki onlar ağız suyu, tər, göz yaşında olmur. Düzdü, ağcaqanadın göz yaşı və təri olmur, amma ağız suyu var. Və o, ikinci dəfə dişləyəndə birinci ağız suyu buraxır. Ağcaqanadın xortumunda belə bir xüsusiyyət də var ki, əvvəl sorduğu qan klapanla bağlanır və ikinci dəfə geri qayıtmır. Yəni ağcaqanad udduğunu qusa bilmir. klapan birtərəfli açıldığına görə.
Yuxarıda saydığımız infeksiyalar isə ağız suyunda da yaşadığı üçün ağcaqanadla ötürülə bilir. Ölkəmizdə malyariya halları qeyd olunsa da, digər infeksiyalar qeyd olunmayıb. Amma yolunuz elə bir yerlərə düşsə, məsələn, Afrika ölkələrinə, o zaman sarı qızdırmaya görə peyvənd olunmanız məsləhətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya