
Kibercinayətkarlıq daha da artacaq -ŞƏRH
Kibercinayətkarlıq daha da artacaq -ŞƏRH
07:46 22.08.2024
Cəmiyyət
617
Onlar həmişə polisdən bir addım öndə olmağa çalışır
Osman Gündüz: "Statistikalara baxsaq görərik ki, kibercinayətkarların son istifadə etdiyi texnologiyalar artıq süni intellektə söykənir"
Ötən il Prezident fərmanı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Bir neçə dəfə bu qurumun yaradılmasına cəhdlər olsa da, məsələ çox gecikirdi. Hansısa səbəblərdən bunu o zamanlar reallaşdırmaq mümkün olmamışdı. Artıq belə bir vacib təsisat formalaşıb.
Bu barədə “Sherg.az”a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, ötən ay ölkəmizin kiber mühitində qurumla bağlı diqqətçəkən bir görüş olub:

“Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ölkədə fəaliyyət göstərən bütün bankların nümayəndələri ilə görüş keçirib.
Görüş təsadüfi deyildi, regionda və bütün dünyada olduğu kimi, ölkəmizdə də kibersahədə, xüsusilə də bank kartları ilə əlaqəli kibercinayətlərin sayının xeyli artdığı müşahidə olunurdu. Bu görüşün də məhz maliyyə-bank sektorunda kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə baş tutduğu bildirilirdi.
Açıqlanan məlumatlardan görünür ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Mərkəzi Bank arasında kibertalamalara qarşı birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və profilaktika işləri üçün İşçi qrup yaradılıb. Ümumiyyətlə, son zamanlar DİN tərəfindən açıqlanan məlumatlardan da hiss olunur ki, bank sektorunda kibercinayətkarlığa qarşı, bank kartlarının kibertalanmasına qarşı tədbirlər gücləndirilib. Kiberdələduzluqla bağlı məsuliyyətə cəlb olunanların sayı hiss olunacaq dərəcədə artıb.
DİN-in məlumatlarında adətən hansı qurum tərəfindən əməliyyat aparılması qeyd olunmasa da, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin formalaşması artıq özünü göstərir.
Kibermaarifləndirmə sahəsində də vətəndaşların rəqəmsal savadlılığını gücləndirən bu qurumdan daha faydalı resurslar, statistikalar, ən yeni kiber dələduzluq ssenariləri haqqında vətəndaşları xəbərdar edən bilgilər gözləyirik.
Bu istiqamətdə e-Polis mobil tətbiqindən də faydalanmaq, məhz bu istiqamət üzrə qaynar xətt formalaşdırmaq, vətəndaş cəmiyyəti, internet ictimaiyyəti və sahə üzrə ekspertlərlə, sahə üzrə kadrlar hazırlayan Universitetlərlə əlaqələri gücləndirmək də faydalı olardı.
Reallıq odur ki, kibercinayətkar həmişə polisdən bir addım öndə olmağa çalışır. Onlar daha yeni texnologiyaları mənimsəməklə kiberdələduzluğa başlayırlar.
Statistikalara baxsaq görərik ki, kiberdələduzların son istifadə etdiyi texnologiyalar artıq süni intellektə söykənir”.
O.Gündüzün sözlərinə görə, süni intellekt “dipfeyk kiberdələduzların” imkanlarını xeyli genişləndirib. Ekspert qeyd edib ki, süni intellekt vasitəsilə kiminsə adından yaradılan, onun tam eynisi olan videozəng görüntüləri və danışıqları vasitəsilə həyata keçirilən cinayətkarlığın statistikası, necə deyərlər, “sintetik identifikasiya əsaslı kiberdələduzluğun” statistikası son iki ildə hədsiz artıb:
“Mübarizə nə qədər gücləndirilsə də, qarşıdakı illərdə bu istiqamətdə kibercinayətkarlığın dünyada daha da artacağı proqnozlaşdırılır.
Bizim Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu texnologiyalardan istifadə edərək cinayət edənlərin qarşısnı ala biləcəkmi?
Əlbəttə, yeni formalaşan qurum üçün çətin olacaq. Bizim kiberpolis üçün də süni intellekt texnologiyası ilə silahlanmış cinayətkardan bir addım qabaqda olmaq asan başa gəlməyəcək. Bu sektorda cinayətkarla mübarizə aparanların üzərinə, real dünyada cinayətkarlarla “vuruşanlardan” daha çox ağırlıq düşür. Necə deyərlər, polis kimi formada olmaqla bərabər, həmişə “rəqəmsal” formada olmaq lazım gəlir. Ümid edirəm, bir il öncə yaradılan Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sektorda fəaliyyət göstərən yerli və beynəlxalq tərəfdaşlarla birgə qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb
19:49 01.05.2026
Rəsmi
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya