Ömər Çelik: Ərdoğanla Əsədin görüşü ilə bağlı qərar hələ verilməyib
16:36 03.09.2024
Gündəm
322
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 11 ildən sonra baş tutacaq ilk görüşə hazırlıq davam edir.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Əvvəlcə iki ölkənin xüsusi xidmət orqanları danışıqlar üçün dosye hazırlayacaq, daha sonra Müdafiə və Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində görüş keçiriləcək, bundan sonra prezidentlərin görüşü baş tuta bilər. Prezidentlərin görüşünün vaxtı ilə bağlı qərar hələ verilməyib”, - Çelik deyib.
“Hurriyet” qəzeti daha əvvəl Ərdoğanla Əsəd arasında görüşün avqustda keçirilməsinin planlaşdırıldığını, danışıqlar yeri kimi isə Bağdad və Türkiyə-Suriya sərhədindəki “Kesab” keçid məntəqəsinin nəzərdən keçirildiyini yazmışdı. İyunun 28-də Ərdoğan rəsmi Dəməşqlə 2012-ci ildən kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat