
Rusiyanın tərəddüdü: Türkiyə və Azərbaycanın BRIC-ə üzv olması son dərəcə vacibdir
10:26 04.09.2024
Aktual
690
Bu yaxınlarda Azərbaycan hökuməti BRICS-ə üzv olmaq üçün müraciət edib. Qurum dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır. Əsas məqsədi üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycanın BRICS-ə üzv olmaq niyyəti də ölkənin gələcək inkişaf perspektivlərinə hesablanıb. Azərbaycandan sonra Türkiyənin də BRİCS-ə üzvlük məsələsi gündəm olub. Belə ki,“Bloomberg”in yaydığı məlumata görə Türkiyə hökuməti BRİCS-ə daxil olmaq üçün müraciət edib. Türkiyə bu yolla dünyada nüfuzunu gücləndirməyə, inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndirməyə çalışır. Təşkilatın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər. Azərbaycan və Türkiyənin BRİCS-ə mümkün üzvlüyü təşkilatın özü üçün də əhəmiyyətlidir. Bu, təkcə iqtisadi baxımdan deyil, həm də siyasi və təhlükəsizlik kontekstindən qiymətləndirilməli məsələdir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Çinə səfəri zamanı BRİCS alyansına qoşulmaq istədiklərini bildirib:

“Kazanda keçiriləcək görüşdə Türkiyə və Azərbaycanın bu tələbləri yerinə yetirilə bilər. Lakin hələlik Türkiyənin BRICS-ə rəsmi müraciət edib-etməməsi barədə məlumat yoxdur. Ancaq Türkiyənin NATO ölkəsi və Avropa Birliyinə üzv olmağa çalışan bir dövlət kimi onun ətrafında yaranacaq bütün ittifaqlarda iştirak etmək istəməsi tamamilə normaldır. Çünki bu məsələ o ölkələr üçün vacibdir. Türkiyənin 80 il ərzində NATO-dan əldə etdiyi təcrübə və biliyi yeni üzv olduğu alyansdakı ölkələrə ötürməsi baxımından böyük qazanc ola bilər. Azərbaycanın Türkiyə ilə birlikdə bu ittifaqa daxil olması həm alyans daxilində böyük həmrəyliyi təmin edəcək, həm də yaxın günlərdə Türk Dövlətləri Təşkilatının daha sağlam fəaliyyət göstərməsinə böyük töhfə verəcək”.
Ekspert qeyd edib ki, Türk Dövlətləri Təşkilatları hazırda Rusiya tərəfindən şübhə ilə baxılan bir birlik olduğundan, Bakı və Ankaranın Moskvanın bu tərəddüdünü aradan qaldırmaq üçün BRİCS-ə üzv olması son dərəcə vacibdir:
“Ukrayna böhranının Rusiyaya nə gətirəcəyi hələ bəlli olmayan bir məqamda Moskvanın keçmiş sovet coğrafiyasındakı ölkələr üzərində təsirini saxlamaq üçün böyük mübarizəsi Ukrayna böhranından sonra istər-istəməz fərqli bir miqyas almağa başlayır. Türkiyə və türk dünyası ruslarla böyük rəqabətə girməzdən əvvəl bu məsələləri daha anlayışlı şəkildə, qonşuluq hüququna əsaslanaraq müzakirə etməlidir. Xüsusən də Xəzər ətrafı coğrafiyada Rusiyanın nəzarəti altında bir məşvərət toplantısının keçirilməsinə Türkiyə tərəfindən baxıldıqda Türk Dövlətlərinin Təşkilatının Rusiyanın nəzarətində olan alternativ bir sistem olacağı anlayışı var. Bu tərəddüdləri aradan qaldırmaq üçün həm Türkiyənin, həm də Azərbaycanın BRIC-ə üzv olması son dərəcə vacibdir. Türkiyə üçün bu, NATO və ya Avropa İttifaqından imtina demək deyilş Çünki Türkiyənin varlığı bu bloklar arasında keçidi təmin edən bir körpü olduğu üçün hər iki alyans üçün son dərəcə əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət