
Paşinyandan BRİCS gedişi: Ermənistan Qərbdən nə təlimat gəlirsə... -RƏY
11:16 05.09.2024
Aktual
915
Ermənistan oktyabrda Kazanda keçiriləcək BRİСS sammitində iştirak edəcək. Parlamentdən isə bildiriblər ki, Ermənistan BRİCS-ə üzvlük məsələsini müzakirə etmir. Maraqlıdır BRİCS- ə üzvülük məsələsi niyə bu qədər önəm daşıyır? Bir müddət əvvəl Azərbaycan da üzv olmaq üçün rəsmi müraciət edib. Ermənistan da gələcək zamanda bu məsələsini qaldıra bilərmi?
Politoloq Azad Məsiyev "Sherg.az"a açıqlama verib ki, BRİCS dünya iqtisadiyyatında yeni güc mərkəzi olacaq:

"BRİCS- də dünyanın nüfuzlu, böyük, geniş imkanlara malik olan dövlətləri fəaliyyət göstərir. Sözügedən təşkilat dünyanın iqtisadi- siyasi məsələlərinə təsir etmək imkanı olan bir alyansdır. Bu baxımdan Azərbaycan da BRİCS- ə üzv olmaq üçün rəsmi şəkildə müraciət edib. Çünki rəsmi Bakının xarici- iqtisadi siyasəti balanslaşdırıcı siyasətdir. Azərbaycan həm Avropa ilə, həm də şimal-cənub və şərq-qərb ilə balanslaşdırıcı siyasət həyata keçirir. Azərbaycan BRİCS-ə daxil olmaq istəməklə də bu balansı qorumaq niyyətindədir. Ümumiyyətlə Azərbaycan Avropanın 1/3- ni enerji təhlükəsizliyi ilə təmin etmək üçün müqavilələr bağlayıb, danışıqlar aparır. BRİCS ilə də iqtisadi münasibətlərini genişləndirmək, bu təşkilatda söz sahibi olmaq və onun gücündən istifadə etmək Azərbaycanın da haqqıdır. Bu baxımdan Azərbaycan BRİCS-ə üzv olacaq"
Rəsmi Bakıdan fərqli olaraq İrəvanın xarici siyasətində müstəqil olmadığını qeyd edən politoloq bunun səbəbini Paşinyanın maraqlarında görüb:
"Paşinyan Ermənistan xalqının maraqlarını deyil, Qərbin maraqlarına xidmət edir. Ermənistan baş naziri sözdə başqa, əməldə isə başqa hərəkət edir. Bu konteksdə də Rusiya prezidenti ilə də danışıqlarda BRİCS-in və MDB- nin rəhbərlərinin toplantısında iştirak etmək üçün razılığa gəlib. Digər tərəfdən Paşinyan hökumətinin bu gedişi təkzib edərək bildirir ki, Ermənistan bu təşkilata üzv olmayacaq. Rəsmi İrəvan BRİCS- ə üzv olmaq üçün ərizə verməyib. Lakin MDB toplantısında iştirak etmək üçün Kazana gedə bilər. Ümumiyyətlə Qərbdən nə təlimat gəlirsə, Paşinyan ona uyğun davranır. Bu baxımdan Ermənistanın hansı təşkilata üzv olub- olmayacağı onun daxili işidir. Amma Azərbaycan Ermənistandan fərqli olaraq balanslaşdırıcı siyasətə daha çox üstünlük verərək müstəqil addımlar atır. Bu da Azərbaycanın dövlət və milli maraqlarından irəli gəlir. Hesab edirəm ki, Azərbaycan BRİCS təşkilatına üzv olmaqla iqtisadə sahədə yeni addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya