
Liderlər Zəngəzur dəhlizində sərhəddə görüşə bilərlər - RƏY
14:02 05.09.2024
Gündəm
380
Vaxtilə Heydər Əliyevlə Robert Koçaryan arasında sərhəddə görüş reallaşmışdı
Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini bildirib. Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında da Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini vurğulayıb. Ekspertlərə görə, Bakının onsuz da ikili görüşün keçirilməsinə dair İrəvana təklifi olub. Bu təklif hələ də qüvvədədir. Artıq vasitəçilər olmadan sərhəd komissiyaları arasında sənəd imzalanıb. Mümkündür ki, proses sonrakı müddətdə də bu formada davam edəcək. İkili danışıqlar rəsmi Bakı üçün daha prioritetdir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan liderləri Zəngəzur dəhlizində sərhəddə görüşə bilərlər. Onun sözlərinə görə, Ermənistanın keçid sülh müqaviləsinin bağlanması ilə bağlı şərti Azərbaycan tərəfindən qəbul edilməyib:

"Buna baxmayaraq, bir sıra razılaşmalar əldə edilib. İrəvanın təklif etdiyi keçid sülh sazişi sadəcə Paşinyana lazımdır. O, bununla daxili siyasi imkanlarını gücləndirmək və Qərbdən tam dəstək almağı hədəfləyir. Həmçinin Azərbaycanla keçid sülh müqaviləsi bağlandıqdan sonra, tam konustitusiya dəyişikliyindən yayına bilər. Azərbaycan Ermənistanla tam hərtərəfli sülh müqaviləsinin bağlanmasında maraqlıdır. İlk növbədə Ermənistan mövcud Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını tam çıxarmalıdır. Təbii ki, Ermənistan sülhə tələsir, amma sülh üçün imkanları növbəti mərhələyə saxlayır. Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə sərhəddə görüş təklifi ilə çıxış edib. Azərbaycanla Ermənistan arasında belə bir təcrübə var. Vaxtilə Heydər Əliyevlə Robert Koçaryan sərhəddə görüş keçirmişdi. Azərbaycan və Ermənistan baş nazirləri Naxçıvanda Ermənistanla sərhəddə görüşə bilərlər. Digər görüş isə Bakı tərəfindən Zəngəzur yolunda təklif edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya