
Zelenski Qərbdən yeni silahlar alır: Müharibə dalana dirənəcək -ŞƏRH
14:15 05.09.2024
Dünya
805
“Şpigel” nəşrinin yaydığı məlumata görə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna üzrə Təmas Qrupunun (“Ramşteyn formatı”) iclasında işitirak edəcək. Nəşr bildirir ki, o, Qərb tərəfdaşlarından əlavə silah tədarükü üçün şəxsən xahiş etmək istəyir. Nəşrin məlumatına görə, Zelenski hazırkı vəziyyətin ciddiliyini aydın şəkildə göstərmək istəyir. Bundan əlavə, Ukrayna dövlət başçısı ordusu üçün yeni silah ehtiyatları, xüsusilə uzaqmənzilli raketlər və daha çox hava hücumundan müdafiə texnikası istəmək niyyətindədir. Müharibə başlayandan bəri nazirlər mütəmadi olaraq Ramşteyin formatında görüşürlər. İndiyədək bu görüşlərin ab-havası kifayət qədər işgüzar olub, lakin Zelenskinin səfəri hadisəyə siyasi çalar verəcək.
Politoloq Elşad Həsənov “Sherg.az”a bildirib ki, Amerika başda olmaqla NATO ölkələri Ukraynanın məğlubiyyətini öz uğursuzluqları kimi dəyərləndirirlər:

"Ona görə də Ukraynada məğlubiyyətinə imkan verməyəcik şəklində açıqlamalar verirlər. Son vaxtlar Qərb ölkələrinin Ukraynaya maliyyə və silah-sursat dəstəyi intensivləşib. Avqustun 30-da Ukraynanın müdafiə naziri Rüstəm Umerov Vaşinqtonda ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə görüşdü. Görüş zamanı Ukrayna Qərbdən Amerika silahları ilə Rusiyanın dərinliklərində olan hərbi obyektlərinin vurulmasına icazə istədi. Amma hələlik Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden buna razılıq vermir. Səbəb olaraq isə eskolasiya riskinin artmasını və vəziyyətin gərginləşməsini irəli sürürlər. Görünən odur ki, Avropa ölkələrinin bəziləri Ukraynaya verdiyi silahları rəsmi Kiyevin istədiyi yerdə istifadə etməsinə icazə verəcəklər. Bu isə Ukraynaya şans verəcək ki, yaxın zamanlarda əldə etdikləri silahlarla Rusiyanın daxilindəki aeroportları vura bilsinlər. Rusiyanın sərhəd bölgəsindən 300 km aralıda hərbi təyyarələr yerləşdirməsi ilə bağlı məlumatlar var. Dronlar isə həmin əraziyə çata bilmir. Amma hazırda Ukraynanın özündə uzaqmənzilli dronlar istehsal olunur. Həmin dronlar vasitəsilə Ukrayna Rusiyanın daxilindəki neftayırma zavodlarına və hərbi sənaye komplekslərinə böyük hücumlar həyata keçirə bilər. Məsələn, bu yaxınlarda Ukrayna Moskvada böyük neftayırma zavodunu sıradan çıxardı. Zelenskinin sabahkı görüşdə əsas istəyəcəyi uzaqmənzilli raketlərin Ukraynaya verilməsi olacaq. Eyni zamanda həmin raketlərlə Rusiyanın daxilindəki hərbi obyektlərə hücumların olması ilə bağlı icazə istəyəcək. Digər tərəfdən isə məqsəd rəsmi Kiyevin hərbi hava hücumundan müdafiəsini gücləndirməkdir. Bu gün Rumıniya prezidenti Klaus Yohannis Ukraynaya bş"patriot" qurğu verilməsi ilə bağlı əmr imzaladı. Yəni Rusiya getdikcə zəifləyir. İran, Şimali Koreya və Çin müəyyən mənada Rusiyaya silahla bağlı yardımlar edir. Amma 54 ölkə hazırda Ukraynaya böyük hərbi yardımlar həyata keçirirlər. Ona görə də hesab edirəm ki, sözügedən müharibə getdikcə daha da qəlizləşəcək. Yaxın gələcəkdə Rusiya daxilində müharibənin dayandırılması ilə əlaqədar etiraz mitinqləri baş tutacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm