
Politoloq: Çox da uzun olmayan müddətdə Zəngəzur dəhlizi açılacaq
10:51 12.09.2024
Aktual
521
Bu maşrutlara sahiblik uğrunda açıq və proksi müharibələr davam edir
Ermənistan bir çox məsələdə olduğu kimi Cənubi Qafqazdan kommunikasiya xətlərinin açılmasında da bütün imkanlarından istifadə edərək vaxt udmağa çalışır. Rəsmi İrəvan 2020- ci ildə imzalanan 3 tərəfli bəyanatın şərtlərini icra etmir.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, əgər Ermənistan hazırkı mövqeyində təkid edirsə, Azərbaycanın alternativ variantları var.
Proseslər onu göstərir ki, Ermənistanı mövqeyindən yayındıranlardan biri də İrandır. Belə ki İran Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti kimi görür, Xameneidə bunun Ermənistanın ziyanına olduğunu bildirir.
Bu məsələ ilə paralel olaraq kommunikasiya xətlərinin İran ərazisindən keçməsi gündəmdədir.
Politoloq Elməddin Behbud sözügedən mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında kommunikasiya xətlərinin təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıdığına diqqət çəkib:

"Heç kimə sirr deyil ki, istər əski dövrlərdə, istərsə də indi nəqliyyat maşrutları, kommunikasiya xətləri yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir. Ümumiyyətlə müasir dünyada geosiyasi toqquşma nöqtələri əsasən regional və qlobal nəqliyyat dəhlizlərini əhatə edir. Bu maşrutlara sahiblik uğrunda masada, sahədə açıq, birbaşa və proksi müharibələr davam edir. Bildiyimiz kimi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyannamədə Ermənistan Azərbaycanın qərb hissədəki ərazisi olan Naxçıvanın ölkənin əsas hissəsi ilə maneəsiz nəqliyyat əlaqəsinin bərpası üçün üzərinə məsuliyyət götürüb. Təəssüflər olsun ki, ötən 4 ilə yaxın müddətdə rəsmi İrəvan bu öhdəliyi icra etməkdən yayınır. Yəni Ermənistan davamlı manipulyasiyalar edərək üçtərəfli Bəyannamənin 9-cu bəndini həyata keçirməkdən boyun qaçırır. Təbii ki, bu da Azərbaycanı alternativ maşrutlar axtarmağa vadar edir. Hətta bu gün ölkəmizin XİN rəsmi təmsilçisi bildirdi ki, Azərbaycan İran ərazisindən kommunikasiya xətlərinin çəkilməsi üçün müvafiq işlər aparır".
Ekspert Ermənistanın üçtərəfli sənədin müddəalarını təhrif etməyə çalışmasının və sürətlə ordusunu silahlandırmasının onun xoş olmayan niyyətlərindən xəbər verdiyini söyləyib:
"Belə halda əlbəttə ki, Azərbaycan deyil, Ermənistan özü özünü dünyadan, ikitərəfli və çoxtərəfli iqtisadi münasibətlər sistemindən təcrid etmiş olur. İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu destruktiv mövqe isə Azərbaycanın regionda artan nüfuzuna paralel olaraq iqtisadi və siyasi mövqelərinin güclənməsini əngəlləməyi hədəfləyir. Çünki İran Mərkəzi Asiyadan gələn yüklərin qərbdəki ölkələrə daşınması üçün özünü alternativsiz ünvan kimi görür. Azərbaycan isə alternativlərin olmasında maraqlıdır. Rəsmi Bakı 20-ci əsrin əvvəlində ədalətsiz Sovet siyasəti nəticəsində Azərbaycandan qopardılaraq Ermənistana verilən Zəngəzur mahalı ərazisindən keçməklə beynəlxalq hüquqa uyğun olaraq özünün qərb ərazilərinə maneəsiz gediş-gəliş imkanının yaradılmasını tələb edir. İnanıram ki, çox da uzun olmayan müddətdə Zəngəzur dəhlizi açılacaq və Azərbaycan şərq-qərb nəqliyyat zolağının ana məntəqəsinə çevriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə