Qaribaşvili “Gürcü Arzusu”nun sədrliyindən getməsi və xəsarət alması ilə bağlı iddialara münasibət bildirib
11:56 12.12.2024
Dünya
397
“Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili partiyadan getməsi ilə bağlı məlumatı absurd adlandırıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə İrakli Qaribaşvili "Rustavi2" telekanalına verdiyi müsahibəsində bildirib.
O, hakim partiyanın sədri kimi fəaliyyətini davam etdirdiyini qeyd edib.
Qaribaşvili onun çoxsaylı xəsarətlərlə klinikaya daxil olması barədə yayılan məlumatı da absurd adlandırıb. Onun sözlərinə görə, məşq zamanı qolundan zədə alıb və tibb müəssisəsində müayinələrdən keçib.
“Son günlər ictimaiyyətin gördüyü absurd böhtanlara, ittihamlara, yalanlara cavab vermək istəyirəm. Biz bəyanat da yaydıq. Mətbuatda etiraz əlaməti olaraq partiyanı tərk etdiyim, komandadan ayrıldığım, nəyəsə etiraz etdiyim, hətta böhran zamanı, ölkəmiz çox böyük problemlərlə üzləşən zaman bu fonda partiyadan ayrılmağım barədə məlumat yayılıb. Bu absurddur. Məni tanıyanlar - məncə hamı məni yaxşı tanıyır – bilir ki, bu mənim tərzim deyil. Mənim qaydalarım, prinsiplərim var. Mən bütün şüurlu həyatım boyu bu qaydalarla yaşayıram və heç vaxt bu qaydalardan kənara çıxmayacağam” - deyə İrakli Qaribaşvili bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol