Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı - VİDEO

Polis Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə bağlı daha üç nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş verən insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən daha üç nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

13 noyabr, 16:52

Paytaxtın Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava üzrə polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların tutulması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Bakıda kütləvi dava olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Baş verən kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Raqif Rəhimov, 1996-cı il təvəllüdlü Ravin Xəlilov və 1998-ci il təvəllüdlü Sərvan Məsimov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Hazırda əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.