Rusiyada miqrant uşaqlarının dil biliklərinin yoxlanılmasına başlanılacaq vaxt bilinib
Yusif Nəzərli
06:49 24.12.2024
Dünya
355
Rusiyada miqrant uşaqlarının məktəblərə qəbul olunmaq üçün rus dili biliklərinin yoxlanılmasına 2025-ci il aprelin 1-dən başlanılacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko bildirib.
Onun sözlərinə görə, 2025-ci il aprelin 1-dən bütün ölkə üzrə məktəblərə qəbul olunmaq üçün miqrant uşaqların rus dili biliklərinin yoxlanılmasına başlanılacaq.
“Rosobrnadzor hazırda metodiki materialların, sınaq sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını yekunlaşdırır, çünki biz başa düşürük ki, müxtəlif siniflərdə müxtəlif səviyyələrdə test tələb olunacaq. Gələn ilin aprel ayının 1-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində belə işlər sistemli şəkildə inkişaf etdiriləcək”, - Rusiya Baş nazirinin müavini vurğulayıb.
O, hər il 155 minə yaxın miqrant uşağının Rusiya məktəblərinə getdiyinə aydınlıq gətirib.
Qeyd edək ki, Rusiya Dövlət Duması rus dilini bilməyən miqrantların uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsini qəbul edib. Qanuna görə, bundan sonra miqrant uşaqları rus dili biliklərinin səviyyəsini göstərən test imtahanı verməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya