
Gürcüstan və Azərbaycan strateji müttəfiqlik səviyyəsində münasibətlərə malik ölkələrdir -ANALİZ
Yusif Nəzərli
14:03 18.01.2025
Cənubi Qafqaz
692
Gürcüstan Azərbaycanın Dünya okeanına açılan pəncərəsi və enerji sahəsində iqtisadiyyatının əlavəsidir
Eyni zamanda Azərbaycan da Gürcüstan üçün enerji təchizatçısı və investorlardan biridir
Yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.
İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzaladılar.
Həmçinin Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalandı.
Tarixə nəzər salsaq, Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi. Əsası Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq rəhbəri olmuş Eduard Şevardnadze tərəfindən qoyulmuş münasibətlər bu gün uğurla inkişaf etdirilir. Həmçinin bu gün də Azərbaycanın hər zaman Gürcüstanın yanında olması və ona dəstək göstərməsi də hər kəsə məlumdur.
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Gürcüstan və Azərbaycan strateji müttəfiqlik səviyyəsində münasibətlərə malik ölkələrdir:

"İki ölkənin iqtisadiyyatı qarşılıqlı olaraq bir-birindən asılıdır. Gürcüstan Azərbaycanın Dünya okeanına açılan pəncərəsi və enerji sahəsində iqtisadiyyatının əlavəsidir. Eyni zamanda Azərbaycan da Gürcüstan üçün enerji təchizatçısı və investorlardan biridir. Bundan başqa ölkələr arasında siyasi əlaqələr var. Gürcüstanda tarixən azərbaycanlı əhali xeyli qədərdir. Bu da iki ölkə arasında münasibətlərdə əhəmiyyətli yer tutur. Zaman elə gətirib ki, Azərbaycan bütün enerji infrastrukturunu Şərq və Qərb istiqamətində yönəldib. Bütün qaz və neft xətləri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri Gürcüstan üzərindən həyata keçirilir. Bundan başqa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə Qara dənizin altından keçən elektrik kabel xətti mövcuddur. Həmçinin Prezident İlham Əliyev Xəzər dənizindən alınacaq hidrogen mayesinin yerinə Gürcüstan üzərindən Avropaya gedəcək nəqli məsələləri var. Ümumilikdə Azərbaycanın gələcək planlarında Gürcüstan dünyaya açılan əsas qapı və tranzit ölkə kimi qalmaqdadır. Eyni zamanda Azərbaycan Gürcüstanın nə vaxt təbii qaz, neft və ya enerji qıtlığı olsa, Azərbaycan həmişə yardım əlini uzadıb. Ölkəmizin nəqliyyat infrastrukturu layihələrində Gürcüstan mühüm yer tutur. Məsələn, Bakı-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşməsində, Xəzər dənizindəki, Qara dənizdəki Gürcüstan limanlarının və dəmir yolu xətlərinin yenilənməsində Azərbaycan iştirak edib".
Politoloq əlavə edib ki, bundan sonra da Azərbaycan Orta dəhlizdə iştirakı artıracaq və Gürcüstan bunda rol alacaq:
"Son zamanlar Gürcüstanın abadlaşdırma məkanından nisbətən uzaqlaşması və Azərbaycan kimi neytral mövqeyə keçməsi siyasi münasibətlərin yaxşılaşmasına gətirib çıxarıb. Gürcüstanın indiyə kimi təhlükəsizlik arxitekturası Azərbaycanla qarşılıqlı əməkdaşlıqlara əsaslanırdı. Gələcəkdə də bu tərəfdaşlıq hərbi, siyasi, enerji və s. sahələrdə inkişaf edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:21 13.11.2026
Dünya