
Tramp administrasiyası Ukraynadan seçki istəyir -ANALİTİK
Yusif Nəzərli
01:16 05.02.2025
Dünya
412
Zelenski ABŞ-ni qane edən “qələbə planı” ortaya çıxara bilməsə, onun əvəzlənməsi baş tuta bilər
"ABŞ Prezidenti Donald Tramp soyuq müharibədən sonrakı post-SSRİ dövrünün nizamını, normalarını və institutlarını hədəfə alıb. Bu, Ukraynanı da Trampın qərarlarına qarşı mübarizə səylərinə qoşulmasını şərtləndirir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, Tramp administrasiyası beynəlxalq nizamın yenidən qurulmasında dominantlığı ələ almağa çalışmaqla Rusiya ilə Ukrayna arasında “sülhə” nail olmağı prioritetləşdirir:

"Hərçənd ki, Tramp administrasiyası sülhün konstruksiyasına dair aydın hərtərəfli plan təqdim etməyib. Trampın Ukrayna sülh razılaşması üçün vəd etdiyi vaxt qrafikinin ilk 24 saatdan 100 günə keçməsi də Vaşinqtonda Trampın planının hələ də inkişaf etməkdə olduğunu göstərir. Rusiya da, Ukrayna da dron sənayesini gücləndirir. Rusiyanın Ukraynaya genişmiqyaslı dron hücumları olsa da, Ukrayna qüvvələri Rusiyanın neft-qaz infrastrukturlarına intensiv zərbələrindən çəkinmir. Dron sənayesi sahəsində Kiyev Moskvadan irəlidə olduğu qabiliyyətini itirmədiyini vurğulayır. Bununla belə, Ukrayna öz ərazilərindəki Rusiya qoşunlarının müdafiə istehkamlarını yara bilmir. Hər keçən gün ərazi itkisi ilə üzləşdiyindən ərazi və logistika böhranı dərinləşir. Ukrayna cəbhə xəttini Rusiyanın daxilinə effektiv şəkildə daşıya bilmir. Ehtimal ki, bu, ABŞ planının icrasında Kiyev administrasiyasının performans göstərmədiyini simvollaşdırır".
Analitikə görə, Donald Tramp administrasiyasının Ukraynada ilin sonuna qədər seçki keçirməsini istəyir:
"Vaşinqton “seçki ssenarisini” Kiyevlə Moskva arasında mümkün razılaşmaların tərkib hissəsi kimi qiymətləndirir. Buna görə də Ağ Evin Ukraynanı Rusiya ilə ilkin atəşkəsin bir hissəsi kimi seçkilərə razılaşmağa məcbur edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi taleyi bu seçkilərdən sonra ata biləcəyi addımlarla təyin ediləcək. Zelenski ABŞ-ni qane edən “qələbə planı” ortaya çıxara bilməsə, onun Ağ Ev administrasiyasının oynayacağı fərqli kartlarla əvəzlənməsi baş tuta bilər".
İ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə