Kan: ABŞ İsrail ordusuna İranla müharibəyə hazırlaşmağı tapşırıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Qüvvələrinin (İMQ) ABŞ-dakı nümayəndələrini İrana qarşı yenilənmiş hərbi kampaniyaya hazırlaşmağın zəruriliyi barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası məlumat yayıb.

Qeyd olunur ki, təhlükəsizlik kanalları vasitəsilə İsrailə və Fars körfəzi ölkələrinə Tehranla müharibənin tezliklə yenidən başlaması ehtimalına hazırlaşmağın vacibliyi barədə siqnallar ötürülüb. Bu siqnallar ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi kampaniyanı bərpa etməyə ehtiyac görmədiyi barədə son açıqlamaları ilə ziddiyyət təşkil edir.