
Saxta saytlar təhlükə yaradır: Fırıldaqçılar “myGov” adı ilə şəxsi məlumatları ələ keçirməyə çalışırlar
Yusif Nəzərli
06:47 02.05.2025
Texnologiya
388
Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyaları və Startap Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov saxta "myGov" saytları ilə bağlı sosial media hesabında xəbərdarlıq edib. O, rəsmi dövlət portalı olan my.gov.az ilə əlaqəsi olmayan vətəndaşları aldatmağa çalışan saxta saytların mövcudluğuna diqqət çəkib. E.Abbasov rəsmi saytın ünvanını paylaşaraq, şübhəli və saxta saytlardan uzaq durmağa çağırıb. O, həmçinin şəxsi məlumatların qorunması və təhlükəsizliyi ilə bağlı vətəndaşları xəbərdar edib.
AİKTSA sədrinin sözlərinə görə, fırıldaqçılar guya dövlət yardımı və qeydiyyat adı ilə istifadəçiləri cəlb edərək onların şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə çalışırlar: “Vətəndaşlardan daxil olan məlumatlara əsasən, bir çox şəxs bu saxta sayta etibar edərək öz bank kartı və digər həssas məlumatlarını təqdim edib və nəticədə maddi və informasiya baxımından zərər çəkib”.
Sosioloq Elçin Bayramlı da Sherg.az-a açıqlamasında son dövrlərdə bu cür fırıldaqçılıq hallarının geniş yayılmasından narahat olduğunu deyib. O bildirib ki, insanların rəqəmsal mühitə adaptasiya olması ilə birlikdə, saxta və zərərli saytların fəaliyyəti də artıb:

"MyGov" portalına bənzəyən saxta səhifələrin yaradılması vətəndaşların şəxsi məlumatlarını ələ keçirmək üçün çox yayğın bir taktika halına gəlib. Vətəndaşları bu tip fırıldaqçılıq halları barədə maarifləndirmək çox vacibdir. İnsanlara dövlət xidmətləri və yardımlarına aid məlumatların yalnız rəsmi və etibarlı portallardan əldə edilməli olduğunu xatırlatmaq lazımdır. Hər hansı bir dövlətin və ya qurumun internet səhifəsi sadə və aydın olmalı, vətəndaşları şübhəli addımlar atmağa məcbur etməməlidir. Bank kartı məlumatları, şifrə və digər həssas şəxsi məlumatların yalnız etibarlı və mühafizə olunan platformalarda təqdim edilməsi vacibdir. Bankların və digər maliyyə qurumlarının heç vaxt telefonla və ya qeyri-rəsmi kanallarla şəxsi məlumatları soruşmadığını xatırlatmaq əhəmiyyətlidir. "MyGov" kimi dövlət saytlarının saxtalarını tanımaq üçün vətəndaşlar diqqət etməlidir ki, URL ünvanı hər zaman etibarlı və tanınmış olmalıdır. Şübhəli saytların ünvanı çox vaxt rəsmi domen adı ilə oxşar olur, amma fərqliliklər var. Həmçinin, saytlarda SSL sertifikatı (HTTPS) olub-olmaması da təhlükəsizlik baxımından önəmlidir. Dövlət orqanları və maliyyə təşkilatları, şübhəli fəaliyyətlərin qarşısını almaq üçün daha güclü təhlükəsizlik tədbirləri və sistemlər təqdim etməlidirlər. Bu, vətəndaşların məlumatlarının qorunmasını təmin edəcək və saxta səhifələrlə mübarizə aparmağa kömək edəcək.
Hər hansı bir saxta fəaliyyətin təsirinə düşən vətəndaşlar, dərhal əlaqədar orqanlara müraciət etməli və onlardan kömək almalıdırlar. Dövlət və maliyyə qurumları fırıldaqçılıq halları ilə bağlı maarifləndirmə işləri aparmalı və müvafiq hüquqi addımlar atmalıdır”.
Ekspert həmçinin qeyd edib ki, bu cür hallarda vətəndaşların ehtiyatlı olmaları, yalnız etibarlı saytlara daxil olmaları və həssas məlumatlarını yalnız güvənli kanallarla paylaşmaları ən effektiv müdafiə tədbiri olacaqdır:
“Hər kəsin rəqəmsal təhlükəsizlik və şəxsi məlumatlarının qorunmasına qarşı daha çox diqqət yetirməsi vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə