Sosial xidmətlərin əhatə dairəsi daha da genişlənəcək
13:30 05.05.2025
Sosial
354
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib və Qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılmasına xidmət edir. Qanunun 9-cu maddəsində qeyd edilən çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq da əlavə edilib.
Həmçinin 19.1-ci maddədəki (“Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir”) “eyni yaşayış məntəqəsində” sözləri “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” sözləri ilə əvəz olunur.
Bu da evdə (səyyar) göstərilən sosial xidmətlərə əlçatanlığın artırılmasına və bu xidmətlərlə təmin edilənlərin əhatəsinin genişlənməsinə yönəlib.
Qanunda sosial xidmətin növləri sırasına sosial-mədəni xidmətlər də əlavə olunub. Məqsəd çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Yeni qanunvericilik aktları habelə sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydalarının, yarımstasionar (günərzi) sosial xidmət anlayışının daha da təkmilləşdirilməsini, sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və sosial xidmətin göstərilməsi barədə qərarın qəbul edilməsi üçün müddətlərlə bağlı texniki düzəlişləri nəzərdə tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya