Azərbaycan müdafiə naziri Türkiyə MMU-nun rektorunu qəbul edib - VİDEO
Yusif Nəzərli
15:41 05.05.2025
Hərbi
337
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Sherg.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri düzüblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam və inkişaf etdirildiyini ifadə edib.
Professor Afyoncu öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər iki ölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb, eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə