Rusiya Qərbin ağır sanksiyalarından qacmaq istəyir -Politoloq
05:45 30.05.2025
Dünya
384
Ukrayna ilə imzalanacaq memorandum tipli hər hansı sənəd Rusiyanın mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir
Rusiya Prezidenti Vladimir Putin sülh bağlamağa hazırdır, lakin heç də “nəyin bahasına olursa olsun” yox. Bu sözləri Kremlin mövqeyi ilə ən yüksək səviyyədə tanış olan rus mənbəsi “Röyters”ə bildirib. Danışıqlardan xəbəri olan üç mənbə bildirib ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir. Bundan əlavə, Rusiyanın tələbləri arasında - Ukrayna üçün neytral status, bəzi Qərb sanksiyalarının ləğvi, dondurulmuş aktivlər məsələsinin həlli, Ukraynanın rusdilli sakinlərinin müdafiəsi və s. məsələlər var. Putin həmçinin ərazi məsələsində də qəti mövqe sərgiləyir. İndi o, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukraynaya iyunun 2-də İstanbulda görüş təklif edib. Onun sözlərinə görə, Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır: "Rusiya hər kəsin iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid edir". Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırlayıb.
Politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya və Ukrayna arasında imzalanacaq memorandum tipli hər hansı sənəd Rusiyanın mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ekspert əlavə edib ki, Rusiya bununla Ukraynada tutduğu torpaqlar üzərindəki legitimliyini artıra bilər. Eyni zamanda Qərb ölkələri ilə münasibətləri yaxşılaşdıra və Qərbin sanksiyalarından yayına bilər:
"Belə bir anlaşma həmçinin Ukrayna üçün də keçərlidir. Ukrayna da bundan istifadə edərək Rusiyanın hücumlarını dayandıra bilər. Rusiyanın bombardmana davam etməsi Ukrayna iqtisadiyyatına böyük zərər vurur. Həmçinin, Ukraynanın enerji sahəsində ciddi əngəllərin yaranmasına gətirib çıxarır. Ukraynanın böyük şəhərləri istisna olmaqla, ölkənin bütün ərazilərində enerji sahəsi məhv olub. Rusiya da Qərbin ağır sanksiyalarından qaçmaq üçün Kiyevlə sənəd imzalamağa hazır olduğunu deyir. Çünki bu müddət ərzində Qərb ölkələri Rusiyaya çox ağır sanksiyalar tətbiq ediblər".
Analitik əlavə edib ki, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya hazırlayır:
"Növbəti sanksiyalar Rusiya iqtisadiyyatına çox ağır təsir göstərəcək. Onsuz da Rusiya mərkəzi bankı bununla bağlı xəbərdarlıq edib ki, yeni sanksiyalar iqtisadiyatın çöküşünə səbəb ola bilər. Ölkənin bir neçə bankı sıradan çıxıb. Memorandum imzalanması atəşkəsin də təməlidir. Hazırda atəşkəs hər iki tərəf üçün zəruridir. Canlı qüvvə və silah-sursat ehtiyatı hər iki tərəfin ən ciddi problemidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm