Paşinyan Qərbi Zəngəzurda Rusiya konsulluğu görmək istəmir
12:37 30.05.2025
Cənubi Qafqaz
354
Sünik vilayətində (Qərbi Zəngəzur – red.) Fransaya konsulluq açmağa icazə verən Ermənistan hökuməti Rusiyanın eyni istəyini üç ildir rədd edir.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri bildirir ki, iyunun 2-də Qafan şəhərində Fransanın fəxri konsulluğunun açılışı olacaq:
“Fəxri konsul milliyətcə ermənidir, Gorus Frankofoniya Mərkəzinin direktoru Karmen Apuntsdur. Rəsmi Parisin niyə Sünikdə baş konsulluq əvəzinə fəxri konsulluq açmaq qərarına gəldiyi hələ də məlum deyil. İran hələ 2022-ci ildə Qafanda baş konsulluq açıb. Sünikdə Fransa konsulluğunun açılması ilə bağlı danışıqlar 2022-ci ilin sentyabrından gedirdi.
Həmçinin Nikol Paşinyan hökuməti Sünikdə Rusiya baş konsulluğunun açılması təklifinə mane olmaq üçün əlindən gələni edir. Rusiya illərdir Sünikdə baş konsulluq açmaq niyyətindən danışır. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən həftə İrəvanda erməni həmkarı Ararat Mirzoyanla bu məsələni ətraflı müzakirə etdiyini bildirib və əlavə edib ki, hazırda hazırlıq gedir.
Lavrovun Ermənistana səfərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanı Rusiyanın Qafanda baş konsulluğunun niyə açılmaması ilə bağlı suala cavab verməyə çağırıb. Ermənistan tərəfi isə tələsmir, şərh verməyi önəmsiz sayır.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Zaxarovaya cavabında sadəcə məsələ ilə bağlı müzakirələrin davam etdiyini bildirib”.
“Past”ın fikrincə, Nikol Paşinyan hökuməti Rusiyanın Qafanda baş konsulluğunun açılmasında maraqlı deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm