
Politoloq: Paşinyan parlament seçkiləri öncəsi kilsə ilə hesabı çürütmək istəyir
09:15 03.06.2025
Cənubi Qafqaz
400
Eçmiədzin kilsəsi II Qareginin övladının olub-olmaması ilə bağlı məsələyə açıq mövqe sərgiləməyib.
Bu barədə Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan açıqlama verib. Onun sözlərinə görə, kilsə bu iddianı nə təsdiqləyib, nə də inkar edib.
"Kilsə bildirir ki, bu kimi məsələlər yalnız kilsə qaydaları çərçivəsində həll olunur. Başqa sözlə desək, onlar belə məsələlərə müdaxilə edilməsini istəmirlər və qərarı özləri verəcəklərini deyirlər. Amma görünən odur ki, kilsənin bu sahədə konkret nizamı belə yoxdur – bir tərəfdən Tanrıya yalandan and içilir, digər tərəfdən isə həmin şəxs katolikos olaraq qalır", – Çaxoyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir gün öncə sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirmişdi: əgər II Qaregin subaylıq andını pozubsa və onun övladı varsa, bu halda o, bütün ermənilərin katolikosu kimi fəaliyyət göstərə bilməz.
Paşinyanın bu çıxışından sonra II Qaregin Eçmiədzin kilsəsində keçirilən yepiskoplar toplantısına dəvət olunub. Lakin nə kilsə, nə də katolikos Paşinyanın açıqlamasına konkret cavab verib.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, kilsə hər zaman Ermənistanda həm dövlətin, həm cəmiyyətin, həm də hakimiyyətin üzərində dominant mövqeyə sahib olub:

"Kilsənin təsiri sadəcə Ermənistanda deyil, ölkənin sərhədlərini aşmış vəziyyətdədir. Xaricdəki erməni diasporunun dövlətə yardımı, ianələrin yığılması siyasi-geosiyasi anlamda Ermənistana dəstək prosesində də kilsə ciddi şəkildə iştirak edir. Bu gün kilsə Nikol Paşinyanın baş nazirliyini qəbullana bilmir. Çünki o, kilsənin dövlət üzərində dominantlığını heç cür həzm etmir. Həmçinin Ermənistan Baş naziri başa düşür ki, ona qarşı son etiraz prosesində keşiş Baqratın başçılıq etməsi dolayısı ilə kilsənin siyasi hakimiyyəti ələ almasına xidmət göstərirdi. Lakin bu etiraz dalğası cəmiyyətdə çox dəstək almadığı və kütləviləşmədiyi üçün hakimiyyəti devirmək mümkün olmadı. Buna görə də Paşinyan 2026-cı il parlament seçkiləri öncəsi kilsə ilə hesabı çürütmək istəyir. Eyni zamanda bütün xristian dünyasında din dövlətdən ayrıdır. Lakin Ermənistanda bir növ Vatikanda olan sistemi təkrarlamağa çalışırlar".
Politoloqun fikrincə, Paşinyan yeni konstitusiya ilə dinin dövlətə və siyasətə qarışmamasını qanunla tənzimləmək niyyətindədir:
"Bu təqdirdə kilsənin hakimiyyət üzərindəki əl-qolu bağlanacaq. Həmçinin müxtəlif səviyyələrdə arxiyepiskopların əxlaqsız hərəkətləri ilə bağlı ard-arda ifşalar ortaya qoyulacaq. Nəticə etibarilə kilsə xalqın gözündən salınacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya