Ayda “xəzinə” ola bilər: Alimlər açıqlayıb
16:01 30.09.2025
Maraqlı
339
Alimlər Ayda on minlərlə kraterin içində platina qrupuna aid metalların və su izlərinin ola biləcəyini açıqlayıblar.
Sherg.az xəbər verir ki, müstəqil astrofizik Cayanth Chennamangalamın rəhbərliyi ilə yeni araşdırma aparılıb.
Tədqiqatda təxminən 6 min 500 kraterin platina, palladium və rodium kimi qiymətli metallar saxlaya biləcəyi irəli sürülüb. Bu metallar sənaye və tibbdə kritik əhəmiyyətə malik olsa da, Yer üzündə olduqca nadir tapılır.
Araşdırmaya görə, təxminən 3 min 400 kraterdə isə suyun hidratlı minerallar şəklində mövcud olması mümkündür.
Mütəxəssislər bildiriblər ki, bu resurslar gələcəkdə Ayda qurulacaq bazalarda insanlı missiyalar üçün böyük önəm daşıya bilər. Açıqlamada xüsusilə 19 kilometrdən böyük və mərkəzində təpə quruluşu olan kraterlərin metal zənginliyi baxımından ən güclü namizədlər olduğu qeyd olunub.
Alimlər vurğulayıblar ki, kosmik mədənçilik Yer kürəsinin məhdud ehtiyatlarına alternativ kimi görülür. Bundan başqa, Ayda suyun aşkar edilməsi halında bu resursun astronavtların ehtiyaclarını ödəmək üçün istifadə oluna biləcəyi, bununla da Yerdən su daşımaq məcburiyyətini azaldacağı qeyd olunub.
Araşdırma çərçivəsində Ay səthinə göndəriləcək bahalı eniş aparatları əvəzinə, orbitdən həyata keçiriləcək uzaqdan zondlama üsulları ilə hədəf kraterlərin müəyyənləşdirilməsi tövsiyə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət