
Kameralar kifayətdir: Üç ərəbə görə milli dəyərlərimizi dəyişə bilmərik
00:08 01.10.2025
Cəmiyyət
635
Şəhidlər Xiyabanında foto və video çəkilişlərini qadağan etmək olmaz
“Xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında bildirib.
“Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır. Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi “Şəhidlər xiyabanları haqqında” xüsusi qanunun qəbulunu zəruri edir”, - deyə komitə sədri qeyd edib.
Xatırladaq ki, bu ilin avqust ayında Şəhidlər Xiyabanını ziyarət edən 3 əcnəbi turistin orada nalayiq hərəkətlərə yol verməsindən sonra xiyabanlar haqqında qanun qəbul olunmasının zəruriliyi gündəmə gəldi. Lakin bu məsələdə fikir ayrılıqları var. Bir qisim qanunun qəbulunu vacib sayır, bir qisim isə cəmiyyətin özünün qaydalar tərtib etməsi fikrini irəli sürür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova hesab edir ki, bu məsələ ilə əlaqədar yeni qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırırır:
- Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət tətbiq olunmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu isə məsələyə fərqli yanaşıb. Millət vəkili bildirib ki, cəmiyyətdəki bəzi münasibətlər hüquqla tənzimlənə bilmir:

- Cəmiyyətdə elə münasibətlər var ki, onların hamısını hüquqla tənzimləmək olmur. Yəni bizim qanunla qadağan olunmayan fəaliyyətlərimiz azadlıqlarımızdır. Hər bir cəmiyyətin hüquqla tənzimlənən münasibətlər sistemi var. Eləcə də hər bir cəmiyyətin adət-ənənə, mənəviyyat, əxlaq və dəyərlərlə tənzimlənən ictimai münasibətlər sistemi mövcuddur. Ona görə mən düşünürəm ki, 3 əcnəbi turistin hərəkətlərinə görə biz cəmiyyətimizdə formalaşmış çox dəyərli ənənələrimizə hansısa məhdudiyyətlər gətirməli deyilik. Məsələn, Şəhidlər Xiyabanını ziyarət edib şəkillər çəkirik, mediada, sosial şəbəkədə paylaşılır. Rəsmi protokol tədbirləri zamanı da yenə şəkillər və video çəkilir. Hər birimiz fərdi qaydada şəhidlərimizi ziyarət edir və eyni qaydada paylaşımlar edirik. Bunların hamısı dəyərlərimizə hörmət və rəğbətlə, şəhidlərimizə sonsuz hörmətlə edilir. Ona görə də, əlbəttə, hansısa ərəblərin hərəkətlərinə görə Şəhidlər Xiyabanında foto və video çəkilişlərini qadağan edə bilmərik.
H.Babaoğlu geyimlə bağlı təkliflərə isə belə reaksiya verib:
- Geyim formasına gəldikdə, heç bir azərbaycanlı heç vaxt Şəhidlər Xiyabanına uyğun olmayan geyim formasında getməz. Bunu biz yaxşı bilirik. Ona görə biz üç ərəbə görə bu günə qədər tarixən formalaşıb gələn əxlaqi, mənəvi, milli və dini dəyərlərimizi, mənəvi-ictimai müstəvidən hüquqi müstəviyə keçirə bilmərik. Təklifim isə budur ki, Şəhidlər Xiyabanı boyunca kameralar quraşdırılsın ki, bu cür hərəkətlər dərhal qeydə alınsın və uyğun hərəkət etməyən kimsə varsa, dərhal məsuliyyətə cəlb edilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya