Ötən ay 108 nəfərin xarici diplomu tanınmayıb
Yusif Nəzərli
07:06 20.10.2025
Elm və Təhsil
552
Sentyabr ayımda xarici diplom tanınması üzrə 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28 əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma formasında) ixtisasını göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 292, Rusiya Federasiyasından 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarus Respublikasından 23, Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş Ştatlarından 10, İtaliya, Latviya respublikalarının və Macarıstanın hər birindən 6, Çex, Litva və Polşa respublikalarının hər birindən 5, Almaniya Federativ və Çin Xalq respublikalarının hər birindən 4, Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstan respublikalarının hər birindən 2, Pakistan İslam Respublikası, Avstriya, Estoniya, Qırğız respublikaları, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistan Krallığının hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol