Rusiya Pravoslav Kilsəsi Paşinyanı kilsəyə təzyiq göstərməkdə ittiham etdi
Yusif Nəzərli
07:00 25.10.2025
Dünya
458
Rusiya Pravoslav Kilsəsi Ermənistan Baş naziri Nikol Paşinyanı Ermənistan Apostol Kilsəsinə qarşı təhdid və təzyiqlərlə çıxış etməklə konstitusiya səlahiyyətlərini aşmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın Patriarxı Kirillin müşaviri, protoierey Nikolay Balaşov "RIA Novosti"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə əsasən, kilsə dövlətdən ayrıdır və xalq ona böyük hörmətlə yanaşır:
"Erməni xalqı Nikol Paşinyana kilsəni öz istəklərinə uyğun şəkildə islahat etmək səlahiyyəti verməyib. Dünyəvi dövlətin siyasi rəhbəri kilsə həyatının daxili quruluşuna qarışmaq hüququna malik deyil. Ermənistan Konstitusiyası dini təşkilatların azad fəaliyyətini təmin edir və onların müstəqil, dövlətdən ayrı olduğunu açıq şəkildə vurğulayır".
Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi əlavə edib ki, dövlət rəhbərlərinin dini qurumlara müdaxilə cəhdləri kilsənin kanonik prinsiplərinə ziddir və cəmiyyətdə parçalanmaya səbəb ola bilər.
Qeyd edək ki, Ermənistanın Apostol Kilsəsi ilə respublika hökuməti arasında münasibətlər Nikol Paşinyanın hakimiyyətə gəlişindən və Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etməsindən sonra gərginləşib. Bir müddət öncə, bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin erməni kilsəsinin Nikol Paşinyanın istefası ilə bağlı çağırışından imtina etmədiyini demişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə