358,2 milyon dollar: “Soyuq ürək 2” kassa yığımı üzrə dünya rekorduna imza atıb
13:26 26.11.2019
Dünya
536
“The Walt Disney Company” kinokompaniyasının “Soyuq ürək 2” (Frozen 2) animasiyası cizgi filmləri üçün dünya kassa yığımı üzrə dünya rekorduna imza atıb.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, rejissorlar Kris Bak və Cenifer Linın noyabrın 22-də ekranlara çıxan cizgi filmi Amerikada 130 milyon dollar, xaricdə isə 228,2 milyon dollar toplayıb. Beləliklə “Soyuq ürək 2” 358,2 milyon dollar yığımla “The Walt Disney Company” kompaniyasının digər lenti - 2019-cu il iyunun 21-də ekranlara çıxan və ümumilikdə 238 milyon dollar yığan “Oyuncaqlar tarixi” (Toy Story 4) animasiya filminin rekordunu yeniləyib.
“Soyuq ürək 2” 2013-cü ildə ekranlara çıxan və kraliça Alisa ilə bacısı Annanın macəralarından bəhs edən eyniadlı animasiya filminin ikinci hissəsidir. Xərcləri 150 milyon dollar təşkil edən cizgi filminin prokatı demək olar ki, 1,3 milyard dollar gəlir gətirib. Ekran əsəri “Ən yaxşı animasiya filmi” və “Ən yaxşı mahnı” nominasiyalarında “Oskar” mükafatına layiq görülüb.
“Soyuq ürək” cizgi filminin motivləri əsasında 2018-ci ildə yazılan müzikl Nyu-Yorkun Brodvey teatrlarının birində səhnəyə qoyulub. “Disney World” əyləncə parkında isə bu cizgi filminə həsr olunmuş ayrıca bölmə fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət