5 min 300 il əvvəl yaşamış Anadolu türkü -Buz mumiyanın sahibi tapıldı
Yusif Sultanoğlu
18:11 19.08.2023
Dünya
715
Aparılan tədqiqatlar nəticəsində 5 min 300 il əvvəl yaşamış insanın Anadolu türkü olması təsdiqlənib.
“Sherg.az”“NTV.com.tr”yə istinadən bildirir ki, buz mumiya Avstriya-İtaliya sərhədindəki Alp dağlarının Ötztal adlanan hissəsində tapıldıqda dünyanı heyrətə salıb. İnsan cəsədinin buzlaqlar arasında günümüzədək qorunub saxlanması alimləri də yaxşı mənada təəccübləndirib. Buz mumiyanın sahibinin kimliyini müəyyənləşdirmək üçünsə mumiyanın genomu üzərində tədqiqat aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, buz mumiyanın genləri Anadoludan Avropaya gəlmiş ilk əkinçi və maldarların genləri ilə çox uyğundur. Bu səbəbdən də alimlər “Buz adam” olaraq adlandırılan mumiyanın atalarının Anadoludan köç etməsi mülahizəsi üzərində dayanıb. Mərkəzi Almaniyadakı Max Plank İnstitutunun internet səhifəsindəki açıqlamaya görə, bu institutun alimləri ilə mərkəzi İtaliyada yerləşən Eurac Araşdırma Mumiya Çalışmaları İnstitutunun alimləri Ötzinin genlərini ətraflı analiz edib. Mumiya skeletindın alınan nümunələr əsasında avropalıların genefondunun öyrənilməsi də mümkün olub. Bunun sayəsində alimlər buz mumiyanın genetik kodunu müasir insanların genləri ilə müqayisə edə bilib. Nəticədə buz mumiya sahibinin Anadolu insanı olduğu təsdiqlənib. Onun Şərqi Avropa çobanlarıyla uyğunluğuna da rast gəlinmir. Alimlər onu da müəyyənləşdirib ki, buz mumiyanın sahibi olan adam vəfat etdiyində saçları tökülmüş – keçəl olub. O, 40-50 yaşlarında adamdır. Sol çiynindən oxla vurulub. Qanaxmadan vəfat edib. Dərisinin rəngi daha tünddür, şəkər xəstəliyi və köklüyə meyillilik olub. Lakin o, sağlam həyat tərzi keçirib və bu xəstəliklərə yaxalanmayıb. Tədqiqat nəticələri "Cell Genomics" adlı dərgidə yayımlanıb. Qeyd edilir ki, buz mumiya 1991-ci ildə Alp dağlarında yolu itirmiş 2 alman turist tərəfindən aşkar edilib. Və uzun illərdir ki, üzərində tədqiqat aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə