ABŞ 4000-dən çox iranlının viza və yaşıl kartlarını ləğv edəcək

“ABŞ dövlət katibi Marko Rubio İran hakimiyyəti ilə əlaqəli iranlıları ölkədən deportasiya etmək məsələsi üzərində çalışır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidentin media direktoru Keti Miller “Fox News”a deyib.

Miller bildirib ki, Donald Tramp Administrasiyası Tehranla əlaqəli 4000-dən çox iranlının vizalarını və yaşıl kartlarını ləğv etməyi planlaşdırır.