ABŞ 50 ukraynalını deportasiya etdi

Noyabrın 18-də 50 Ukrayna vətəndaşı ABŞ-dən deportasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko bildirib.

O əlavə edib ki, hazırda sərhədçilər qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq onların Ukraynaya girişinə icazəni təmin ediblər.

"Qeyd edək ki, Ukrayna bütün hallarda öz vətəndaşlarını qəbul edir. Hazırda onların məcburi deportasiya qərarına səbəb olan hallar araşdırılır", - Demçenko bildirib.