ABŞ 907-ci düzəlişdən imtina müddətini uzatmayacaq
17:02 15.11.2023
Dünya
467
ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişdən imtinanın müddətini uzatmayacaq.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib.
“Biz aydın şəkidlə bildirmişik ki, 19 sentyabr hadisələrindən sonra Azərbaycanla heç nə normal olmayacaq, ta ki biz sülh cığrında tərəqqi görənədək. Ona görə də biz bir neçə yüksək səviyyəli görüşləri ləğv etmişik, fəaliyyətləri qınamışıq...
Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, - O-Brayn bildirib.
Ceyms O-Brayn ABŞ-nin sülh razılaşması istiqamətində fəaliyyətlərini davam etdirdiyini deyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətinin ifadəsi baxımından kritik olacaq.
Diplomat əlavə edib ki, 19 sentyabrdan sonra Bakı və İrəvana 13 ali səviyyədə səfər edilib. O, sülh prosesi ilə bağlı dövlət departamentinin türkiyəli həmkarları ilə də məşğul olduğunu deyib.
Bununla belə, O-Brayn ABŞ-nin bu yardımlarının Azərbaycanla yanaşı ABŞ üçün də anlamlı olduğunu əlavə edib.
“Mərkəzi Asiya ölkələri öz məhsullarını bazara çıxarmaq üçün yeni dəhlizlər axtarışındadırlar. Bu dəhlizlər Azərbaycandan Gürcüstana və ya Azərbaycandan Ermənistana və Türkiyəyə ola bilər…
Başqa yollarla – güc yolu ilə və ya İranın iştirakı ilə yaradılmış nəqliyyat dəhlizləri düşünürəm ki, çox güclü reaksiya ilə qarşılaşacaq və uğurlu olmayacaq. Bu sadə seçimdir”, - O-Brayn deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya