ABŞ Prezidenti Donald Tramp administrasiyası Almaniyaya hava hücumundan müdafiə üçün raket satışını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, sövdələşmənin dəyəri 3,5 milyard dollara qədər ola bilər.
"Berlin Vaşinqtondan RTX şirkətinin istehsalı olan 173 ədəd Standard Missile 6 (SM-6) Block I və 577 ədəd Standard Missile 2 Block IIIC raketi, həmçinin əlaqədar avadanlıqların alınmasını istəyib. Bu raketlərin satışı Almaniyanın mövcud və gələcək təhdidlərə cavab vermək imkanlarını artıracaq, F127 tipli gəmilərdə yerləşdirilə bilən hava hücumundan müdafiə qabiliyyətini gücləndirəcək və Almaniyanın ABŞ və digər müttəfiqlərlə birgə əməliyyat aparmaq bacarığını yüksəldəcək",- məlumatda deyilir.