
ABŞ-də seçki həyəcanı: Tramp qalib gəlsə... -PROQNOZ
Yusif Sultanoğlu
19:47 16.04.2024
Dünya
305
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrın 5-nə təyin edilib. Bu seçkiləri dünya siyasətinə əhəmiyyətli dərəcədə təsir edəcəyi üçün beynəlxalq ictimaiyyət bu seçkiləri səbirsizliklə gözləyir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, seçkilərdə kimlərin iştirak edəcəyi dəqiqləşməsə də, Co Bayden və Donald Trampın mübarizə aparacağı düşünülür:
"Bu gün ABŞ-nin xarici siyasəti dünya siyasətini tənzimləyən əsas amillərdəndir. Bu səbəbdən ABŞ-də keçiriləcək seçkilər dünya tərəfindən diqqətlə izlənir. Düşünürəm ki, Rusiya-Ukranya müharibəsinin gedişatıda seçkilərə müəyyən qədər təsir edəcək. Həmçinin Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə Rusiya-Ukranya müharibəsini həll edəcəyini vəd edib. Seçkilərdə Co Baydenin qalib gələcəyini düşündükdə rahatlıqla Rusiya-Ukranya müharibəsinin davam edəcəyi, indiki ictimai-siyasi proseslərin sabit qalacağını demək olar. Lakin seçkilərdə Donald Tramp qalib gəlsə böyük ehtimalla dünyadakı ictimai-siyasi proseslər dəyişəcək".

Seçkilərin Azərbaycana təsirinə gəldikdə isə ekspert qeyd edib ki, nəticə nə olursa olsun Azərbaycan-ABŞ arasındakı münasibətlər sabit qalacaq:
"Çünki Azərbaycan ABŞ-nin Xəzər hövzəsində tək əməkdaşlıq qura biləcəyi ölkədir. Azərbaycanın həm geostrateji, həm geosiyasi mövqeyi ABŞ üçün əhəmiyyətlidir. İndi iki ölkə arasında müəyyən qədər soyuqluq olsa da, ümumilikdə ABŞ Azərbaycanla münasibətlərini inkişaf etdirməyə məcburdur".
Yusif Məmmədxanlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət