ABŞ-də Trampın portreti olan 1 dollarlıq qızıl sikkə buraxılacaq

ABŞ-nin Maliyə Nazirliyi ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə üzərində Prezident Donald Trampın portreti əks olunan yeni 1 dollarlıq qızıl sikkənin buraxılacağını açıqlayıb.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent sosial şəbəkə hesabında məlumat yayıb.

Bessentin sözlərinə görə, yeni sikkə ABŞ-nin azadlıq irsini və vətənpərvərlik dəyərlərini simvolizə edəcək. Paylaşılan dizayna əsasən, sikkənin ön tərəfində Donald Trampın portreti, "In God We Trust" ("Tanrıya güvənirik") və "Liberty" ("Azadlıq") sözləri, həmçinin "1776–2026" tarixləri yer alacaq.

Sikkənin arxa tərəfində isə qanadlarını açmış keçəl qartal təsviri və ABŞ-nin müstəqilliyinin 250 illiyini ifadə edən "250" rəqəmi əks olunacaq.

Hələlik sikkənin dövriyyəyə buraxılma tarixi, tirajı və hansı materialdan hazırlanacağı barədə məlumat verilməyib.