ABŞ kəşfiyyatının direktorunun Moskva səfərindən sonra xəbərdarlıq: Hazırlaşın, Rusiya hücum edəcək

“Rusiya Prezidenti Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffə Moskvanın NATO-nu təxribata çəkməyəcəyini bildirib”.

Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Nazirin sözlərinə görə, Rusiya lideri Ukraynaya hücumdan əvvəl də buna bənzər vəd vermişdi.

Sikorski hesab edir ki, mövcud təcrübə fonunda Qərb ölkələri Rusiyanın mümkün hücumuna hazırlığı sürətləndirməlidir:

“Görünür, Putinin agentləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoruna onun NATO-nu təxribata çəkməyəcəyini deyiblər. Putin Baydenin prezidentliyi dövründə də MKİ direktoruna Ukraynaya müdaxilə etməyəcəyini söyləmişdi. Müdafiəyə hazırlığı sürətləndirməliyik”.

Xatırladaq ki, Con Retkliff avqustun 25-də Moskvada olub. MKİ direktoru Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşsə də, Vladimir Putinlə təması olmayıb.

ABŞ və Avropa mediasında Con Retkliffin səfəri zamanı Rusiyaya NATO ölkələrinə mümkün hücumla bağlı xəbərdarlıq etdiyi barədə məlumat yayılıb.