ABŞ-nin saxladığı Madurodan mesaj: “Acılardan sonra yeni həyat başlayır”

ABŞ-nin yanvarın 3-də həyata keçirdiyi hərbi əməliyyat nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro Pasxa bayramı münasibətilə xalqa müraciət edib.

Sherg.az xəbər verir ki, Maduro sosial şəbəkədə paylaşdığı mesajda birlik və həmrəyliyə çağırış edərək bildirib ki, “əziyyət olmadan diriliş olmaz, acıdan sonra yeni həyat başlayır”. O, xalqına sevgi, sülh və ümid arzulayıb.

Xatırladaq ki, Maduro və həyat yoldaşı martın sonunda Nyu-Yorkda məhkəməyə çıxarılıb. ABŞ tərəfi onu narkoterrorizm və narkotik qaçaqmalçılığı kimi ağır ittihamlarla günahlandırır.

Məhkəmə prosesində onun hüquqi xərclərinin Venesuela hökuməti tərəfindən ödənilməsi məsələsi də müzakirə olunub. Hakim hələlik yekun qərar açıqlamayıb.

Qeyd edək ki, Maduro ABŞ-nin hərbi müdaxiləsi nəticəsində saxlanılaraq ölkədən çıxarılmışdı və bu hadisə beynəlxalq arenada geniş rezonans doğurmuşdu.