ABŞ Prezidenti Tramp hind quşunu əfv edib

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə keçirilən ənənəvi “Şükran Günü” (Thanksgiving) tədbirində “Gobble” və “Waddle” adlı iki hind quşunu əfv edib.

Sherg.az xəbər verir ki, Ağ Evin bağında təşkil olunan mərasimdə çıxış edən Tramp, Şükran Günü yaxınlaşarkən Amerikan xalqının ötən illə müqayisədə daha yaxşı iqtisadi vəziyyətdə olduğunu bildirib.

Tramp, Co Bayden dövründən pis iqtisadi tablo miras aldıqlarını iddia edərək, öz administrasiyasının cəmi 1 il ərzində ölkəyə 18 trilyon dollarlıq investisiya vədi aldığını diqqətə çatdırıb.

Paytaxt Vaşinqtonda Milli Qvardiyanın xidmət aparması nəticəsində şəhərin əvvəlki dövrlə müqayisədə daha təhlükəsiz olduğunu deyən Tramp, xüsusilə Çikaqodakı cinayət dərəcəsinə toxunaraq bu şəhəri də təhlükəsizləşdirmək istədiklərini vurğulayıb.