ABŞ Dövlət Departamenti qurumun rəhbəri Marko Rubionun vəzifəsindən istefa verməyi planlaşdırdığı barədə yayılan məlumatları təkzib edib.
Sherg.az xəbər verir ki, Dövlət Departamentinin rəhbərinin köməkçisi Dilan Conson “X” sosial şəbəkəsində Britaniyanın “The Independent” nəşrinin yaydığı xəbəri əsassız və yalan adlandırıb.
Nəşr ABŞ və Böyük Britaniyadan olan yüksək vəzifəli, lakin adı açıqlanmayan mənbələrə istinadən Rubionun öz prezidentlik kampaniyasına başlamaq üçün vəzifəsindən ayrılacağını iddia edib.
Məlumata görə, Respublikaçılar Partiyasından mümkün prezidentlik mübarizəsində onun əsas rəqibinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens olacağı bildirilirdi.
Dilan Conson nəşrin məlumatını “saxtakarlıq” adlandıraraq, yaxın həftələrdə bu xəbərin təkzibinin onların üçün ciddi fiaskoya çevriləcəyini bildirib.