ABŞ PUA-sı Cənubi Koreya dənizinə düşdü

Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsi Koreya Respublikasının qərbindəki Kunsan aviabazasının yaxınlığında dənizə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. .

Agentliyin məlumatına görə, pilotsuz təyyarə yerli vaxtla təxminən səhər saat 4:35-də adi tapşırığı yerinə yetirərkən Maldor adasının yaxınlığında yerə düşüb.

"Sakinlərə və ya əmlaka dəyən zərər barədə məlumat yoxdur və araşdırmalar davam edir", - agentlik ABŞ hərbçilərinin sözlərindən sitat gətirib. "Yonhap" təyyarənin axtarışlarının davam etdiyini bildirib.

Sentyabrın sonunda ABŞ ordusunun Koreya Respublikasına ilk dəfə olaraq MQ-9 Reaper pilotsuz uçan aparatlarından ibarət kəşfiyyat eskadrilyasını yerləşdirdiyi bildirilir. Əvvəllər bu dronlar Koreya yarımadasının cənubunda rotasiya əsasında yerləşdirilib.