ABŞ rəsmisi: Tramp razılıq versə, Rusiya ilə birbaşa aviareyslər bərpa oluna bilər

ABŞ rəsmisi Rodni Mims Kuk bildirib ki, Prezident Donald Trampın razılığı olacağı təqdirdə Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin bərpası mümkündür.

Sherg.az xəbər verir ki, o, Nyu-York–Moskva marşrutu üzrə uçuşların təşkili imkanlarının əvvəllər müzakirə edildiyini, lakin yekun qərarın ABŞ prezidentindən asılı olduğunu deyib.

Kukun sözlərinə görə, birbaşa uçuşların bərpası üçün digər əsas şərt Ukraynadakı münaqişənin başa çatmasıdır. O qeyd edib ki, hazırda ABŞ aviaşirkətləri təhlükəsizlik səbəbindən bu istiqamətdə reyslər həyata keçirməkdən çəkinirlər.

Xatırladaq ki, ABŞ və Rusiya arasında birbaşa aviareyslər 2022-ci ildə dayandırılıb.