Kiyev hələ də ABŞ-nin Avropa ölkələrinin arsenalından Ukraynaya tədarük etməyə razılaşdığı “Patriot” zenit-raket kompleksləri üçün təxminən 60 ədəd raketlə bağlı Pentaqonun icazəsini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, tədarükün gecikməsinə ABŞ-nin müharibə naziri Pit Heqset səbəb olur. Söhbət PAC-2 və PAC-3 tipli raketlərdən gedir.
Nəşrin məlumatına əsasən, Pentaqonda Kiyevin “Patriot” kompleksləri üçün raket istehsalına lisenziya alması ilə bağlı ayrıca proses də ləngiyir.
Pit Heqset sözügedən razılaşmanı təsdiqləsə də, sənədlər daha sonra ABŞ müharibə nazirinin təchizat və hərbi satınalmalar üzrə müavini Maykl Daffinin baxışına göndərilib.