ABŞ və İranın fevralın 6-da Omanda keçiriləcək danışıqlarında diqqət mərkəzində Tehranın nüvə proqramında olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Nəşr tərəflərin İranın ballistik raket proqramı və Yaxın Şərqdəki proksi qüvvələrinin gündəlikdə olmasına dair də razılaşdıqlarını yazıb.
Görüşdə məqsədin razılaşma çərçivəsini əldə etmək olduğu bildirilib.
Xatırladaq ki, danışıqlarda ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.