Avropa İttifaqının maliyyə nazirləri Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı heç bir qərar qəbul etməyiblər.
Teleqraf xəbər verir ki, Danimarkanın iqtisadiyyat naziri Stefani Lose bildirib.
"Biz gələn il Ukraynanın dəstəklənməsinə dair müzakirələri davam etdirdik və müxtəlif variantları, o cümlədən Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərinə əsaslanan "təzminat krediti" təklifini nəzərdən keçirdik. Dekabrda keçiriləcək sammitdə qərarların qəbulunu asanlaşdırmaq üçün üzv dövlətlərlə fəal işləyəcəyik", - Lose görüşdən sonra keçirilən mətbuat konfransında qeyd edib.
Lose əlavə edib ki, o, Rusiya aktivlərinin müsadirə edilməsinin ən yaxşı həll yolu olduğuna inanır.