Almaniya Kansleri Fridrix Merts ABŞ-nin Ukrayna ilə bağlı sülh planı çərçivəsində Rusiyanın G8-ə qaytarılması təklifini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
“Hazırda mən G7-də aralarında ABŞ olmayan altı üzv arasında Rusiyanı yenidən bu qrupa qəbul etməyə heç bir hazırlıq görmürəm”, - kansler bildirib.
“The Telegraph” bundan əvvəl yazmışdıp ki, noyabrın 23-də Cenevrədə keçirilən danışıqlar zamanı Avropa ölkələri Ukrayna üzrə mümkün sülh sazişinin bir hissəsi kimi Rusiyanın “Böyük Səkkizlik” (G8) formatına qaytarılması barədə təklif irəli sürüblər.