Almaniya səfiri Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edildi

“Almaniya səfiri həqiqəti danışsaydı, hər şeyi etiraf etməli idi, o, diplomat üçün nəzərdə tutulmuş funksiyaları yerinə yetirmək əvəzinə, Vyana Konvensiyasını hər gün pozur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedurlar Komitəsinin sədri Davit Matikaşvili deyib.

Matikaşvili Almaniyanın Gürcüstandakı səfiri Peter Fișerin “Azadlıq” radiosuna verdiyi müsahibəyə münasibət bildirib:

“O etiraf etməli idi ki, radikallarla (müxalifət) birlikdə görüşlərə qatılıb, seçki təbliğatının içində olub və radikal partiyanın lideri vasitəsilə kirayə mənzil tutub. Əlbəttə, bütün bunları demək əvəzinə, vəziyyətdən çıxmaq üçün başqa taktikanı seçib”.

Almaniya səfiri bundan öncə bəyan etmişdi ki, heç vaxt Vyana Konvensiyasını pozmayıb və Gürcüstanın daxili işlərinə qarışmayıb.