Almaniyada quş qripi sürətlə yayılır
19:38 26.10.2025
Dünya
386
Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə miqyasında ciddi narahatlıq yaradıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, havaların soyuması ilə yoluxmanın artacağı gözlənilir.
“Spiegel” nəşri bildirir ki, infeksiya dalğası hələ ən yüksək səviyyəyə çatmasa da, ölkə üzrə təxminən 400 min quş məhv edilib. Brandenburq əyalətindəki iki təsərrüfatda 130 min qaz, ördək, toyuq və hind toyuğunun məhv edilməsi qərara alınıb.
Mütəxəssislər vəziyyətin ciddi olduğunu və ilk dəfə olaraq vəhşi quşların da virusa yoluxduğunu bildirirlər. Virusun əsas daşıyıcısının durnalar olduğu qeyd edilib. Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.
Ölkədə qaydaya əsasən, heyvanlar rəsmi göstərişlə xəstəlik səbəbindən məhv edildikdə sahibkarlara Heyvan Xəstəlikləri Fondu tərəfindən kompensasiya verilir. Hazırda bir heyvana görə 50 avro nəzərdə tutulsa da, kənd təsərrüfatı naziri bu məbləğin 110 avroya qədər artırılmasını istəyir. “Bild” qəzeti bunun üçün Avropa İttifaqından ilkin razılığın alındığını bildirib. Kənd Təsərrüfatı Nazirliyindən verilən qəzetə verilən açıqlamada xəstəliklə mübarizə tədbirlərinə Texniki Yardım Xidmətinin (THW) də cəlb oluna biləcəyi qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm